İrandan ABŞ-la danışıqlar barədə İLK – Kritik tarix bilindi

ABŞ və İran arasında danışıqların yeni mərhələsi 11-17 may tarixlərində Pakistanın paytaxtı İslamabadda keçirilə bilər.

Referans Media xəbər verir ki, bu barədə “The Wall Street Journal ” (WSJ) qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ və İran vasitəçilərlə birlikdə münaqişəyə son qoymaq üçün danışıqların parametrlərini müəyyən edəcək bir səhifəlik, 14 bəndlik anlaşma memorandumunun layihəsi üzərində işləyirlər.

Mənbələr bildirib ki, İran ilk dəfə nüvə proqramını müzakirə etmək istəyini vurğulayıb.

ABŞ “işçi sənəd”də Tehranı Hörmüz boğazındakı nəzarəti yumşaltmağa çağırır.

Bundan əlavə, amerikalılar İran limanlarının blokadasını qaldırmaq niyyətindədirlər və hər iki tərəf İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin ixracı imkanlarını müzakirə edir.

Lakin İran rəsmisi bildirib ki, Tehran onların ABŞ-a verilməsinə qarşıdır.

“İranda uranın zənginləşdirilməsinin dayandırılmasının müddəti və ya zənginləşdirilmiş uranın ölkədən çıxarılması ilə bağlı təfərrüatlar hələ də qeyri-müəyyəndir”, – deyə qəzetdə yazılıb.

Bildirilir ki, İrana qarşı sanksiyaların yumşaldılmasının miqyası da müzakirə mövzusudur.//Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki