“SABAH.city”də yeni təyinat baş tutub.
Referans Media xəbər verir ki, Aynur Əliyeva “SABAH.city”də İcma və Tədbirlər üzrə rəhbər vəzifəsinə təyin olunub.
Qeyd edək ki, A. Əliyeva bu təyinatdan əvvəl “SABAH.HUB” layihəsində Baş icma meneceri və “Baku ID”də Əməliyyatlar üzrə rəhbər vəzifələrində çalışıb.
O, həmçinin fəaliyyəti dövründə “SABAH.incubation”, “SABAH.lab” və “Youth Inc.” kimi müxtəlif layihə və təşkilatlarda icma menecmenti, inkubasiya koordinatorluğu və əməliyyatların idarə olunması istiqamətində təcrübə toplayıb./Yurd.Media/

