Bakıda çevriliş planında adı hallanan sabiq deputatdan – Son dəqiqə AÇIQLAMASI

Xəbər verdiyimiz kimi, sosial mediada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin çevriliş planının baş tutacağı təqdirdə vəzifə verəcəyi şəxslərin siyahısı yayımlanıb. Həmin şəxslər arasında sabiq deputat Aqiyə Naxçıvanlının da adı var. Onun elm və təhsil naziri olacağı iddia edilib.

Referans Media xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az Aqiyə Naxçıvanlı ilə əlaqə saxlayıb.

Sabiq deputat sözügedən iddiaları təkzib edib.

“Ola bilməz belə bir şey! Heç bir ağıllı insan bu addımı atmaz. Bunlar tamamilə absurd iddialardır. Əminliklə deyirəm ki, bu, kiminsə uydurmasıdır. Kim nə ilə məşğuldur, özü bilər. Amma heç kim mənim adımı heç yerdə hallandıra bilməz”, – Aqiyə Naxçıvanlı bildirib.

Qeyd edək ki, A.Naxçıvanlı 2005–2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışıb. 2010–2024-cü illərdə Milli Məclisin IV, V və VI çağırış deputatı olub. Parlamentdə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri vəzifəsini də tutub.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki