Tehran nüvə proqramı ilə bağlı Vaşinqtonla danışıqlara açıqdır

İran ABŞ ilə nüvə proqramını müzakirə etməyə hazırdır.

Referans Media xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə danışıqların gedişindən məlumatlı, adının açıqlanmasını istəməyən diplomat bildirib.

Məlumata görə, İran hakimiyyəti ölkənin nüvə proqramı ilə bağlı məsələləri ABŞ tərəfi ilə müzakirə etməyə hazır olduğunu ifadə edib. Qeyd olunur ki, bu mövzu daha əvvəl danışıqların gündəliyinə daxil edilmirdi.

Diplomatın sözlərinə görə, İran danışıqlarda vasitəçilik edən Qətərin təqdim etdiyi təklifləri nəzərdən keçirir.

Qətər Əmirinin Administrasiyasının məlumatına əsasən, Şeyx Təmim bin Həməd Al Sani və ABŞ Prezidenti Donald Tramp münaqişə tərəfləri arasında fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində görülən səyləri müzakirə ediblər.

Administrasiyanın bəyanatında bildirilib ki, tərəflər Qətərin maraqlı tərəflər arasında kompromis əldə edilməsi və danışıqlar prosesinin dəstəklənməsi istiqamətindəki səylərini müzakirə ediblər.

Qeyd olunub ki, bu proses böhrana son qoyacaq, regionda təhlükəsizlik və sabitliyi təmin edəcək hərtərəfli razılaşmanın əldə olunmasına yönəlib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki