İsrailin Livanın paytaxtı Beyruta endirdiyi hava zərbəsindən sonra İranın İsrailə raket hücumu həyata keçirməsinin ardınca İsrailin Baş naziri Benjamin Netanyahu ilə ABŞ Prezidenti Donald Trump arasında telefon danışığı baş tutub.
İsrail mətbuatının yaydığı məlumata görə, tərəflər telefonla əlaqə saxlasalar da, söhbətin məzmunu açıqlanmayıb.
Bundan əvvəl İsrail ordusu atəşkəsə baxmayaraq Beyrutun Dahiyə bölgəsinə hava zərbələri endirib. Buna cavab olaraq İran rəsmiləri qarşılıq verəcəklərini bəyan ediblər.
Daha sonra İran tərəfindən üç dalğa şəklində raketlər buraxılıb. İsrailin şimal bölgələrində hava həyəcan siqnalları səsləndirilib. Məlumatlara görə, İran İsrail istiqamətinə təxminən 10 raket atıb.
