İranın xarici işlər naziri Lavrovla görüşmək üçün Moskvaya yola düşüb

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya xarici işlər naziri Sergey Lavrov və digər yüksəkvəzifəli rusiyalı rəsmilərlə görüşmək məqsədilə Moskvaya səfərə çıxıb. Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.

“Referans MEDİA” məlumatına görə, İran səfirliyinin “Telegram” kanalında yayımlanan açıqlamada Cəlali bildirib ki, “İran və Rusiya arasında münasibətlər yüksək səviyyəli təmaslar hesabına getdikcə möhkəmlənir. Ötən həftə Aşqabadda iki ölkə prezidentləri arasında aparılan məsləhətləşmələrdən sonra doktor Əraqçi bu gün Moskvaya yola düşüb. Səfər çərçivəsində Rusiya xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşlər nəzərdə tutulur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki