image-netanyahu-trumpbackend

İranla bağlı şok planlar: Netanyahu Trampdan hücumu dayandırmasını istədi

İsrail Baş naziri Binyamin Netanyahu, ABŞ Prezidenti Donald Trampdan İranla bağlı mümkün hərbi əməliyyat planlarını təxirə salmasını istədiyi iddia edilir. Bu barədə məlumatı The New York Times yayıb.

Referans Media xəbər verir ki, ABŞ hökumətinin anonim nümayəndələri Netanyahu ilə Tramp arasında 14 yanvarda keçirilmiş telefon danışığı zamanı İranla bağlı hərbi planların təxirə salınması məsələsinin müzakirə olunduğunu bildiriblər. Eyni mənbələr qeyd ediblər ki, Netanyahu 13 yanvarda ABŞ vitse-prezidenti JD Vance ilə də görüşüb. Həmin gün Trampın yüksək səviyyəli müşavirləri Beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Ağ Evdə bir araya gəlib.

Körfəz ölkələrindən bir rəsmi şəxs isə Qətər, Səudiyyə Ərəbistanı, Oman və Misirin İran üzərinə mümkün hərbi hücumun regionda genişmiqyaslı qarşıdurmaya yol aça biləcəyi səbəbindən Vaşinqtondan oxşar xahişlər etdiyini bildirib. Bu ölkələr Tehran ilə əlaqəyə çıxaraq, hücum baş verərsə, bölgədəki digər ölkələrə qarşı yönəlməməsi üçün xəbərdarlıq etdiklərini əlavə ediblər.

ABŞ silahlı qüvvələrini bölgəyə yönəldir

Qəzetin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi bölgəyə əlavə silah və müdafiə texnikası göndərib. “Abraham Lincoln” qırıcı daşıyıcı gəmi və ona müşayiət edən döyüş gəmiləri Cənubi Çin dənizindən Yaxın Şərqə doğru irəliləyir. Eyni zamanda, hücum təyyarələri, yanacaq təchizatı və digər aviasiya vasitələrinin də bölgəyə yaxın zamanda çatacağı gözlənilir. Bu addımlar həm Təhrandakı etirazların yatırılmasını, həm də mümkün hərbi əməliyyat zamanı ABŞ-ın seçim imkanlarını genişləndirməyi hədəfləyir.

İranda etirazlar fonunda gərginlik artıb

İranın paytaxtı Təhranda 28 dekabr 2025-dən başlayan etirazlar yerli valyutanın sürətli dəyər itirməsi və iqtisadi çətinliklər səbəbindən yayılıb. 8 yanvarda baş verən hadisələr zamanı hökumət internet bağlantısını məhdudlaşdırıb.

HRANA xəbər agentliyinin məlumatına görə, etirazlar zamanı 2677 nəfər həlak olub, 19097 nəfər isə saxlanılıb. Rəsmi Tehran bu barədə hələ açıqlama verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki