İrəvanda HƏRBİ PARAD - Ermənistan ilk dəfə BU SİLAHLARI nümayiş etdirdi

İrəvanda Respublika Günü münasibətilə hərbi parad keçirilib, tədbirdə müxtəlif ölkələrin istehsalı olan hərbi texnikalar nümayiş etdirilib.

Referans Media  xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Paradda Avropa İttifaqı ölkələrinin, eləcə də Hindistan, İran, Çin və Rusiyanın istehsalı olan silah və texnikalar təqdim olunub.

İrəvanın mərkəzindəki Respublika meydanında keçirilən paradı Ermənistanın müdafiə naziri Suren Papikyan qəbul edib.

Keçid zamanı xüsusi təyinatlı bölmələr, sülhməramlı missiyalar, patrul, kəşfiyyat və müşayiət əməliyyatları üçün nəzərdə tutulmuş Fransanın “Bastion” çoxməqsədli təkərli zirehli transportyoru nümayiş etdirilib. Tamaşaçılara həmçinin Fransanın “Sezar” özüyeriyən haubitsası təqdim olunub.

Paradda Ermənistan, Hindistan, İran, Çin və Rusiya istehsalı olan hərbi texnikalar da iştirak edib. Rusiya istehsalı olan silahlar arasında ТОС-1А “Solntsepek” termobarik sistemləri, “Tor-M2KM” zenit-raket kompleksləri yer alıb. Parad Su-30 qırıcıları və Su-25 hücum təyyarələrinin uçuşu ilə yekunlaşıb.

Ermənistan öz istehsalı olan silahları da nümayiş etdirib. “Arsenal” şirkətinin istehsalı olan 82 mm-lik “Razdan” və 122 mm-lik “Sevan” minaatanları, “Atlant” kiçik yaylım atəşli reaktiv sistemləri, AW5R, SBN1, UN350, “Ştorm-320” və Ul-450 kəşfiyyat dronları, eləcə də “Pçela-1” və “Pçela-5” zərbə PUA-ları təqdim olunub.

Paradda Hindistan istehsalı olan ATAGS yedəkli haubitsası, MArG özüyeriyən artilleriya qurğusu, “Pinaka” yaylım atəşli reaktiv sistemi və “Akash” orta mənzilli zenit-raket kompleksləri də nümayiş etdirilib. Həmçinin Hindistanın “Swati” (“Merkuri”) mobil kontrbatareya radiolokasiya stansiyası sərgilənib.

Tədbirdə İranın yaxınmənzilli AD-08 “Majid” zenit kompleksləri və Çinin CH-4 (“Luk”) uzaqmənzilli kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı da göstərilib. Bu dron AR-1 lazerlə idarə olunan raketlər və FT-5 idarəolunan bombaları ilə təchiz edilib.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki