İspaniya Baş naziri Sançes: ABŞ-İran razılaşması müharibənin uğursuzluğunu göstərir

İspaniyanın Baş naziri Pedro Sançes ABŞ ilə İran arasında əldə olunan razılaşmanı “müharibənin uğursuzluğunun göstəricisi” kimi qiymətləndirib.

Sançes ABŞ və İran arasında əldə olunan razılaşma ilə bağlı sosial şəbəkədə paylaşım edərək dialoq və diplomatiyanın yeganə çıxış yolu olduğunu bildirib.

"Gəlin bunu alqışlayaq, amma unutmayaq. Bir daha və həmişəlik anlayaq ki, müharibə uğursuzluqdur. Dialoq və diplomatiya yeganə yoldur", – deyə İspaniya hökumət başçısı vurğulayıb.

O qeyd edib ki, İranla bağlı münaqişə minlərlə insanın həyatına son qoyub, evlər, məktəblər və xəstəxanalar dağıdılıb, həmçinin Avropa da daxil olmaqla qlobal qiymət artımlarına və milyardlarla avro iqtisadi itkilərə səbəb olub.

Sançes bildirib ki, elan edilən sülh razılaşmasının bu mənasız zorakılığa son qoyacağına, bütün tərəflər tərəfindən qorunacağına və Yaxın Şərqdə yeni dövrün başlanğıcına çevriləcəyinə ümid edir.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares də ABŞ və İran arasında əldə olunan razılaşmanı alqışlayaraq vasitəçilərin səylərini yüksək qiymətləndirib. O, Hörmüz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki