İsrail qoşunları Livanın daxilinə doğru irəliləyir

İsrail ordusu Livan ərazisində hərbi əməliyyatların miqyasını əhəmiyyətli dərəcədə genişləndirərək ölkənin cənubundakı Litani çayından şimal tərəfə doğru irəliləməyə başlayıb.

Referans MEDİA Teleqraf-a istinadən xəbər verir ki, İsrail qüvvələri Livanın cənubundakı ikinci ən böyük şəhər olan Nəbatiyə yaxınlığındakı yaşayış məntəqələrini hədəfə alıb.

Məlumata görə, son 24 saat ərzində bölgəyə edilən hücumların sayı kəskin artıb. İsrail qoşunlarının əsas məqsədinin “Hizbullah” hərəkatının ikinci və üçüncü müdafiə xətlərini yarmaq, həmçinin Bekaa vadisinin qərbini ölkənin cənub hissəsindən təcrid etmək olduğu bildirilir.

Qoşunların Livanın daxilinə doğru daha nə qədər irəliləyəcəyi hələlik məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki