İsveçrənin maliyyə naziri Karin Keller-Sutter sosial şəbəkədə süni intellekt əsaslı Grok tərəfindən onun haqqında yayılan təhqiramiz ifadələrə görə hüquqi addım atıb.
Məlumata görə, X platformasında bir istifadəçinin sorğusu əsasında Grok tərəfindən hazırlanan mətndə nazirə qarşı kobud və cinsiyyətçi ifadələr yer alıb.
Nazirin sözçüsü Pasqal Hollenştayn bildirib ki, bu səbəbdən böhtan və təhqir ittihamı ilə şikayət verilib və belə məzmunların qəbulolunmaz olduğu vurğulanıb.
