Kanada hakimiyyəti sentyabrın 8-dən etibarən ABŞ-dan 27,6 milyard dollar həcmində mal idxalına 15%, 25% və 50% həcmində cavab rüsumları tətbiq edəcək.
Bu barədə Kanada Maliyyə Nazirliyinin bəyanatında bildirilir.
Kanadanın cavab rüsumları polad, süd məhsulları, məişət texnikası, kənd təsərrüfatı avadanlıqları, selüloz-kağız sənayesi və elektronika kimi sektorları əhatə edəcək.
Avqustun 25-də Ağ Evin rəhbəri Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində Kanada rəhbərliyini “klounlar” adlandırıb və Ottavanı nəticələrlə hədələyib.
ABŞ Prezidenti avtomobil tarifləri, ABŞ-nin Kanada resurslarına çıxışı və Ottavanın üçüncü ölkələrlə sövdələşmələr bağlamaq hüququ ilə bağlı son anda fikir ayrılıqlarının yarandığı ticarət danışıqlarının uğursuzluğa düçar olmasından sonra qonşularını kəskin tənqid edib.
Kanada Vaşinqtonu şərtləri dəyişməkdə, ABŞ isə Kanada tərəfini razılaşmaları pozmaqda ittiham edir və 2027-ci ildən rüsumları 50%-ə qədər qaldırmaqla hədələyir./Publika.az
