Bir dövr televiziya ekranlarına damğa vuran məşhur tok-şou proqramı “Beyaz Show” yenidən tamaşaçı ilə görüşməyə hazırlaşır.
Referans Media xəbər verir ki, türk televiziya tarixinin ən uzunömürlü və ən çox sevilən tok-şou layihələrindən biri olan “Beyaz Show”un yenidən efirə qayıdacağı rəsmən təsdiqlənib.
Verilişin aparıcısı Beyazıt Öztürk mövzu ilə bağlı açıqlamasında bildirib: “Başlamaq kimi bir niyyətimiz var. Yaxşı və keyfiyyətli bir iş görmək istəyirik. ‘Beyaz Show’ tamaşaçıların yaddaşında çox gözəl iz buraxıb. Proqramı yenidən formalaşdıraraq daha da yaxşısını etməyə çalışırıq. Ən dəyərlisini təqdim etmək üçün bir qədər də gözləyirik.”
Öztürk, proqramın yeni mövsümdə ekranlara qayıdacağını da vurğulayıb.
Məsələ ilə bağlı Kanal D tərəfindən rəsmi açıqlama verilib.






















