Keçmiş həyat yoldaşının hamiləliyindən danışdı: "Heç nə hiss etmədim"

Serdar Ortaç ötən gecə Harbiye Açıqhava səhnəsində konsert verib. Müğənni səhnəyə çıxmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Referans Media xəbər verir ki, 2019-cu ildə boşandığı Xlo Louqnan haqqında sual verilən Ortaç “Keçmiş həyat yoldaşınız da peşmanlıqlarınız arasındadır?” sualına belə cavab verib: “Yox, əsla. Yaxşı ki, evlənmişəm, yaxşı ki, o olub”.

Memar Ferqus Hennessi ilə nişanlanan Xlo Louqnanın ana olmağa hazırlaşdığı barədə nə hiss etdiyi soruşulan Serdar Ortaç deyib: “Heç nə hiss etmədim. Allah ata-analı böyütsün. Gözəl şeydir. Qismət ona imiş"

Sənətçi bir vaxtlar ata olmaq istədiyini də etiraf edib: “İstədim, amma olmadı”.

Konsert zamanı görüntülənən Serdar Ortaçın anası Nesrin Ortaç keçmiş gəlininin hamiləliyi ilə bağlı qısa danışıb: “Xeyirli olsun deyərəm, təbrik edirəm. Başqa bir şey deyə bilmərəm. Artıq bizdən çıxıb. Yaxşı olsun”./Demokrat.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki