image-69d22ba0b470269d22ba0b4703177538140869d22ba0b470069d22ba0b4701_1775381998backend

Kəmaləddin Heydərov müavinini hadisə yerinə göndərdi: İnsanlar belə çıxarılır – VİDEO

Məlumat verildiyi kimi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən bəzi evlər subasmaya məruz qalıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

FHN Mətbuat xidmətindən Referan Media-ya verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 37 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri hazırda davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev hadisə ilə əlaqədar ərazidədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki