Şimali Koreya lideri Kim Çen In İsrail və ABŞ-nin hücumuna məruz qalan İrana dəstək verib.
Referans Media xəbər verir ki, İranın tələb edəcəyi təqdirdə dəstək olaraq onlara raket göndərə biləcəklərini qeyd edən Kim Çen In “Onları (İsraili) yox etmək üçün tək bir raket kifayətdir”, – deyib.
Şimali Koreya İsrail və ABŞ-nin İrana hücumlarına qarşı çıxmış və bu hücumları “qeyri-qanuni təcavüz” və “suveren hüquqların pozulması” kimi qiymətləndirmişdi.
Açıqlamada Şimali Koreyanın sözügedən hücumları pislədiyi bildirilərək, ABŞ-nin İrana qarşı uzun müddətdir davam edən təhdidlərindən sonra bu vəziyyətin “proqnozlaşdırılan” olduğu vurğulanıb.
Bu hücumların “ABŞ-nin hegemon xarakterinin bir nəticəsi” olaraq xarakterizə edildiyi bəyanatda “Heç bir şəkildə bəraət qazandırıla bilməyən ABŞ-İsrail hücumları heç bir şəraitdə qəbul edilə bilməz”, – deyilib.






















