Kuba 2010 məhkumu əfv etdi

Kuba hökuməti Kutsal Həftə münasibətilə 2010 məhkumun əfv olunmasını təsdiqləyib.

Rəsmi açıqlamada bildirilib ki, qərar məhkumların yaxşı davranışı və sağlamlıq vəziyyəti nəzərə alınaraq verilib. Əfv edilənlər arasında gənclər, qadınlar, 60 yaşdan yuxarı şəxslər, azadlığa çıxmasına az qalanlar, eləcə də xarici vətəndaşlar yer alır.

Qeyd olunub ki, əfv siyahısına qətl, cinsi zorakılıq, narkotik, oğurluq və digər ağır cinayətlər daxil edilməyib.

Xatırladaq ki, Kuba hökuməti 2011-ci ildən bu yana 11 mindən çox məhkumu əfv edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki