Külli miqdarda narkotik aşkarlandı

Ötən gün külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Referans Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 31-də ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki