Manatın dövretmə sürəti artdı

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,02 bənd təşkil edib.

Referans Media xəbər verir ki, bu barədəAzərbaycan Mərkəzi Bankına (AMB) məlumat yayıb.

Bu, iyunun 1-i ilə müqayisədə 0,06 bənd çox, ilin əvvəlinə nisbətən 0,18 bənd, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə isə 0,35 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 21 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki