Kür çayında 16 yaşlı yeniyetmə boğuldu backend

Kür çayında 16 yaşlı yeniyetmə boğuldu 

Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub.

Referans APA-ya istinadla bildirir ki, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 2008-ci il təvəllüdlü Məcidov Sahil Mübariz oğlu çayda çimərkən boğulub.

Onun meyiti FHN-in qurumu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki