Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi səfərlə Türkmənistana gedib. Rusiya diplomatiyasının rəhbərini daşıyan təyyarə Aşqabad hava limanına enib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
Lavrovu hava limanında Rusiyanın Aşqabaddakı səfiri İvan Volınkin qarşılayıb.
Qeyd edək ki, Lavrov sonuncu dəfə 2022-ci ilin iyun ayında Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Türkmənistanda səfərdə olub.
Səfər çərçivəsində Sergey Lavrovun Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov və Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovla görüşləri planlaşdırılıb./Globalinfo.az