Lənkəranda sel suları məhəllələri və binaların qarşısını basdı – FOTO

  Lənkəranda leysan yağışları nəticəsində sel suları ara məhəllələrə və binaların qarşısına dolub.

Referans.az  xəbər  verir ki, suötürücü xəndəklər dolduğu üçün suların axarı dayanıb, həyətyanı sahələrə daşaraq sakinlərə və sürücülərə çətinlik yaradıb. 

İcra Hakimiyyətindən bildirilib ki, xəndəklər mərhələli şəkildə təmizlənir, lakin bəzi vətəndaşların tullantıları ora atması suyun axarını bağlayır. Yağışlı hava şəraiti davam edir.

Qeyd edək ki, ölkə üzrə ən güclu günlük yağıntı Lənkəran və Astarada müşahidə olunur. / bizim.media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki