Lənkəranda üç yaşlı uşaq binadan yıxıldı

Lənkəranda 3 yaşlı uşaq 3-cü mərtəbədən yıxılıb.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Paşa Təhməzov küçəsi, bina 6 ünvanında baş verib.

2023-cü il təvəllüdlü A.A. ehtiyatsızlıqdan yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.

Hadisə yerinə Təcili tibbi yardım briqadası çağırılıb. Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.
 
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki