Tramp elan etdi: Rusiya və Ukrayna arasında…

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın enerji obyektlərinə qarşı hücumların dayandırılması barədə razılığa gəldiyini açıqlayıb.

Referans Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında yazıb.

O bildirib ki, Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələr endirməməyi, Moskva isə Kiyevin enerji obyektlərinə hücumları dayandırmağı qəbul edib.

ABŞ Prezidenti dünya bazarında dizel yanacağının qiymətinin artmasını əsasən Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib. O bildirib ki, qiymət artımının əsas səbəbi İran ətrafında yaranmış vəziyyət deyil.

Tramp sentyabrın 13-də də Ukraynanın Rusiyanın enerji obyektlərinə hücumları dayandırmalı olduğunu deyib. Onun sözlərinə görə, bu zərbələr Rusiyada dizel yanacağı ehtiyatlarının azalmasına və qıtlığın yaranmasına səbəb olur./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki