Lukaşenkodan şok: İsrailə nüvə silahı kömək etməyəcək!

Belarus Prezidenti Aleksandr Lukaşenko İsraili ehtiyatlı olmağa və Qəzza zolağındakı hərbi əməliyyatların beynəlxalq ictimaiyyətdə yaratdığı reaksiyanı nəzərə alaraq gələcəyini düşünməyə çağırıb.

Referans Media xəbər verir ki, Lukaşenko bu barədə Al Arabiya telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, İsrail daha diqqətli davranmalıdır:

“Onlar Qəzzanı bombaladıqdan sonra beynəlxalq ictimaiyyətdə elə bir nüfuz qazanıblar ki, artıq bundan o tərəfə getmək mümkün deyil. Hətta bir çoxları tarixə də yenidən baxmağa başladı. Hansı Holokost? İsraillilər Holokostdan danışırlar, amma özləri bu qədər insanı, ilk növbədə qadınları və uşaqları öldürüblər”, – deyə Belarus lideri bildirib.

Lukaşenko qeyd edib ki, Qəzza zolağında demək olar ki, hər şey yer üzündən silinib.

“İnsanların sümükləri üzərində hansısa kurort tikmək istəyirlər. Bu, tamamilə absurddur”, – deyə o əlavə edib.

Belarus prezidenti vurğulayıb ki, İsrail rəhbərliyi ölkənin gələcəyi barədə ciddi düşünməlidir.

“Buna görə də İsrail, necə deyərlər, başını işlədib öz gələcək mövcudluğu haqqında düşünməlidir. Əks halda, onlara nüvə silahı da kömək etməyəcək”, – deyə Lukaşenko bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki