Fransa Prezidenti Emmanuel Macron ABŞ Prezidenti Donald Trump-ın özü və ailəsi barədə səsləndirdiyi fikirləri “seviyəsiz” adlandırıb.
Cənubi Koreyanın paytaxtı Seuldə açıqlama verən Macron bildirib ki, belə bir vaxtda müharibə, iqtisadi təsirlər və insanların vəziyyəti müzakirə olunmalı olduğu halda bu cür ifadələr uyğun deyil və cavab verməyə dəymir.
Qeyd edək ki, Trump çıxışında Macronun həyat yoldaşı Brigitte Macron barədə də tənqidi fikirlər səsləndirmişdi.
