image-medvedev-ukraynabackend

Medvedev AÇIQLADI – Rusiya Zelenskiyə qarşı əməliyyat planlaşdırır?

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı növbəti sərt açıqlama verib. Medvedev ABŞ-ın Venesuela lideri Nikolas Madura qarşı həyata keçirdiyi əməliyyata işarə edərək, oxşar addımın Ukraynada da mümkün ola biləcəyini bildirib.

Referans Media xəbər verir ki, Rusiya mətbuatına danışan Medvedev qeyd edib ki, Ukraynada hazırda legitim hakimiyyət və lider yoxdur. Onun sözlərinə görə, bu vəziyyət Kiyevdə istənilən ssenarinin mümkün olmasına yol açır.

Medvedev ABŞ-ın Maduronu legitim lider kimi tanımamasına baxmayaraq ona qarşı əməliyyat keçirməsini “güclünün hüququ” kimi qiymətləndirib və Vaşinqtonun bundan sonra Moskvanı tənqid etməyə mənəvi haqqının qalmadığını iddia edib.

“Ukraynada qanuni hökumət və lider yoxdur. Onların aradan götürülməsi yaxın zamanda baş verə bilər. Hadisələri qabaqlamaq istəmirəm, amma hər şey mümkündür. Maduronun tutulması bir presedent yaradıb. Bu ssenari Ukraynaya da tətbiq oluna bilər. Bunun üçün əsaslar daha çoxdur”, – deyə Medvedev bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Volodimir Zelenskini Ukraynanın legitim prezidenti kimi tanımır. Kreml buna səbəb kimi müharibə şəraiti ilə əlaqədar prezident seçkilərinin təxirə salınmasını göstərir. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp da Putinin bu mövqeyini dəstəkləyərək, Ukraynada seçkilərin keçirilməli olduğunu bildirmişdi.

Zelenski isə ABŞ və Avropanın dəstəyi ilə ölkədə təhlükəsizlik təmin olunacağı təqdirdə, üç ay ərzində seçkilərin keçirilə biləcəyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki