Məleykə Abbaszadədən abituriyentlərə çağırış: Bu ixtisasları da seçin backend

Məleykə Abbaszadədən abituriyentlərə çağırış: Bu ixtisasları da seçin 

  “IV ixtisas qrupuna gələn abituriyentlərin əksəriyyəti yalnız tibb ixtisaslarını seçmək niyyətində olurlar”.

Referans xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

“Biz istəyirik ki, bu qrupa yalnız tibb deyil, eyni zamanda ekologiya, baytarlıq və qida texnologiyaları sahələri ilə maraqlanan şəxslər də yönəlsinlər”,- deyə o, qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki