Xalq artisti nəvəsini hərbi xidmətə yola saldı – FOTO

Xalq artisti Afaq Bəşirqızının nəvəsi Əhmədpaşa hərbi xidmətə yollanıb.

Referans Media Axsam.az-a istinadla xəbər verir ki, aktrisa bununla bağlı instaqram hesabında paylaşım edib.

“Sən bu gün Vətənə xidmətə yollanırsan. Nənə ürəyi üçün səndən ayrılmaq çətindir, amma səninlə sonsuz qürur duyuram. Allah səni hər addımında qorusun, yolunu açıq, qismətini gözəl etsin.

Harada olursan ol, unutma ki, nənənin duaları həmişə səninlədir. Güclü ol, mərd ol, böyüklərinə hörmət et, dostlarına dayaq ol. Vətənə şərəflə xidmət edib sağ-salamat evimizə qayıtmağın ən böyük arzumdur.

Səni çox sevirəm, balam. Allah səni qorusun, ayağına daş dəyməsin. Yolun uğurlu, xidmətin şərəfli olsun. Səni həsrətlə gözləyəcəyəm. Allah amanında ol, canım nəvəm!”, – deyə aktrisa paylaşımına yazıb.

Qeyd edək ki, A.Bəşirqızının bir oğul övladı və iki oğul nəvəsi var.

312822 dk2f7iudbs 2AA 20260729 42097652 42097643 CANAKKALE MERKEZDEKI ORMANLIK ALANDA CIKAN YANGINA MUDAHALE EDILIYOR 2





 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki