Türkiyənin ATV kanalında yayımlanacaq və yeni mövsümün iddialı layihələrindən biri sayılan "Hamal" serialının hazırlıqları davam edir. Baş rollarını məşhur aktyorlar Oktay Kaynarca və Fahriye Evcənin canlandıracağı ekran əsərinin aktyor heyəti daha da genişlənib.
Sentyabr ayında çəkilişlərinə başlanılması planlaşdırılan serialın ssenarisini Oktay Kaynarca qələmə alıb.
Kriminal dram janrında çəkilən ekran əsərində daha səkkiz tanınmış aktyorun rol alacağı dəqiqləşib. Layihəyə qoşulan aktyorlar bunlardır:
Erdal Özyağcılar
Sarp Akkaya
Burak Tozkoparan
Ozan Akbaba
Eren Vurdem
İncinur Daşdəmir
Görkem Sevindik
Pelin Akil
Serialda Oktay Kaynarca "Hamal Halil", Fahriye Evcen isə "Məryəm" obrazını canlandıracaq. Hadisələrin əsas hissəsi İstanbulun tarixi məhəllələrində cərəyan edəcək.
Yeni mövsümdə tamaşaçılarla görüşəcək "Hamal" serialının güclü aktyor heyəti və mövzusu ilə diqqət çəkəcəyi, mövsümün ən çox izlənilən layihələrindən biri olacağı gözlənilir./Demokrat.az/
