Məşhur aktrisa 50 yaşında VƏFAT ETDİ

Məşhur “Beverly Hills 90210” serialında Judy obrazını canlandıran amerikalı aktrisa və model Kimmarie Johnson 50 yaşında vəfat edib.

Referans Media xəbər verir ki, aktrisanın ölümünü qardaşı qızı Ronda Skott təsdiqləyib.

Johnson noyabrın 4-də dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, o, oktyabrın 27-də Los-Ancelesdəki evində ciddi ürək problemi yaşayıb və təcili olaraq Cedars-Sinai Xəstəxanasına çatdırılıb. Həkimlər aktrisaya ürək anevrizması diaqnozu qoyublar.

Xəstəxanada müalicə alan Johnsonun ölümünün rəsmi səbəbi hələlik açıqlanmayıb.

Aktrisanın qardaşı qızı Ronda Skott xalası haqqında danışarkən onun ətrafına müsbət enerji yayan, sevilən insan olduğunu bildirib. Ailə üzvləri Kimmarie Johnsonun xatirəsini yaşadacaqlarını qeyd ediblər.

1990-cı illərin sonlarında aktyorluğa başlayan Johnson 1998-ci ildə “Beverly Hills 90210” serialında Judy obrazı ilə tanınıb. O, 2000-ci ildə ekranlara çıxan “Dude, Where's My Car?” filmində, eləcə də Pamela Andersonun rol aldığı “V.I.P.” serialında da çəkilib.

Aktrisa modellik sahəsində də uğur qazanıb. O, “Miss Pennsylvania USA” tituluna sahib olub və “Miss USA” gözəllik müsabiqəsində iştirak edib. Johnson 2011-ci ildə “SkinGlow by Kimmarie” adlı dəriyə qulluq brendini yaradıb. Bu ilin avqustunda isə “Grazia Slovenia” jurnalının rəqəmsal üz qabığında yer alıb.

Kimmarie Johnsondan 2003-cü il təvəllüdlü oğlu Cameron Nino yadigar qalıb./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki