Məşhur aktyor təcavüz və cinsi zorakılığa görə HƏBS OLUNACAQ

Britaniyalı komediyaçı və aktyor Rassel Brend illər əvvəl baş verdiyi iddia edilən cinsi zorakılıq əməllərinə görə məhkəmə qarşısında təqsirli bilinib. Münsiflər heyəti onu bir təcavüz və üç cinsi təcavüz ittihamı üzrə günahkar hesab edib.

Referans Media  xəbər verir ki, Londondakı Sautvark Tac Məhkəməsində keçirilən prosesdə 51 yaşlı Brend digər iki təcavüz və bir cinsi təcavüzə cəhd ittihamından bəraət alıb.

Oktyabrın 12-də başlayan və üç həftədən çox davam edən məhkəmə prosesində altı qadının ifadəsi dinlənilib. İttihamlar 1999-2009-cu illər arasında baş verdiyi bildirilən hadisələri əhatə edib.

İttiham tərəfi Brendin məşhurluğundan istifadə edərək qadınlara qarşı cinsi zorakılıq törətdiyini iddia edib. Hadisələrin müxtəlif məkanlarda baş verdiyi bildirilib.

Məhkəmə prosesi boyunca Rassel Brend ona qarşı irəli sürülən ittihamları rədd edib. O, qadınlarla cinsi münasibətlərinin qarşılıqlı razılıq əsasında olduğunu iddia edib və heç kimi iradəsinə zidd olaraq cinsi əlaqəyə məcbur etmədiyini bildirib.

Münsiflər heyəti müzakirələrdən sonra aktyoru dörd ittiham üzrə təqsirli bilib, digər üç ittiham üzrə isə bəraət qərarı çıxarıb.

İşə sədrlik edən hakim Joel Bennathan Brendin təqsirli bilindiyi cinayətlərə görə ciddi həbs cəzası ilə üzləşə biləcəyini bildirib.

Aktyorun cəzasının noyabrın 9-da, bazar ertəsi günü açıqlanması gözlənilir./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki