Polşanın xarici işlər naziri Radoslav Sikorski amerikalı reper Kanye Uesti faşist adlandırıb və onun ölkəyə girişini qadağan edib.
Referans Media xəbər verir ki, onun sözlərini “Onet” nəşri sitat gətirib.
“Kanye Uest Polşaya gəlməyəcək. Faşistlərin yeri həbsxanadır”, – nəşr nazirə istinadən yayıb.
Qeyd olunur ki, reperin konsertləri onun antisemit açıqlamalarına görə ləğv edilir.























