Müharibə qaçılmazdır: Bu ölkədə rus əsirlərin saxlanması üçün düşərgə yaradılır

Niderland böyük hərbi münaqişə halında rus hərbi əsirləri üçün istifadə ediləcək düşərgə layihəsini sınaqdan keçirir.

Referans Media  xəbər verir ki, bu barədə "Algemeen Dagblad" qəzeti məlumat yayıb.

Haaqadakı Rusiya səfirliyi layihənin ölkədə əsir götürülmüş rus hərbçiləri üçün düşərgə yaratmaq üçün sınaq olduğunu bildirib. Nəşrin məlumatına görə, bu həftə Marnehuizen hərbi təlim poliqonunda təlimlər keçirilir. Orada 2000-ə qədər hərbi əsir üçün nəzərdə tutulmuş yeni bir obyektin fəaliyyəti sınaqdan keçirilir. Düşərgədə yaşayış yerlərinin, eləcə də onların mühafizəsi və yerləşdirilməsi üçün lazımi infrastrukturun olacağı gözlənilir.

Rusiya diplomatik missiyası bildirib ki, ssenariyə kazarmaların tikintisi və təmas xəttindən uzaqda təhlükəsizlik sisteminin yaradılması daxildir. Səfirlik bu planları Niderland hakimiyyətinin Rusiya əleyhinə bir sıra təşəbbüslərinin sonuncusu kimi qiymətləndirib.

Diplomatlar həmçinin bu cür fikirlərin Niderland üçün adi hala çevrildiyini bildiriblər. Səfirlik Haaqanın Rusiya əleyhinə siyasətinin getdikcə sərtləşdiyi və münasibətlərdə gərginliyi daha da artırdığı fikrini bildirib.

Düşərgə ilə bağlı nəşrə şərh verən Rusiya diplomatik nümayəndəliyi İkinci Dünya Müharibəsi zamanı SSRİ-nin Avropadakı düşərgələrin azad edilməsindəki tarixi rolunu xatırladıb. Bundan əlavə, səfirlik nümayəndələri Rusiya ilə Avropa ölkələri arasında münaqişənin mümkün eskalasiyasının nəticələri barədə xəbərdarlıq ediblər./publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki