Müharibənin tezliklə başa çatacağına ümid edirik – Ərdoğan

  “Türkiyə Moskva və Kiyev arasında ədalətli və davamlı sülh naminə səylərini davam etdirir. Əminəm ki, ədalətli sülhdən heç kim uduzmayacaq. Müharibənin tezliklə başa çatacağına ümid edirik”.

Referans xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haaqada keçirilən NATO sammitinin yekunlarına dair brifinqdə bildirib.

O, İran və İsrail arasında gərginliyin artmasına münasibət bildirib. Dövlət başçısı vurğulayıb ki, son gərginlik regionu ciddi fəlakətlər və təhdidlərin astanasına gətirib.

“Bölgəmizin tarixi göstərir ki, müharibə heç vaxt arzulanan nəticə vermir. İranla problemlərin uzunmüddətli həlli yalnız diplomatiya və danışıqlar yolu ilə mümkündür”, – deyə o əlavə edib.

Ərdoğan vurğulayıb ki, Yaxın Şərqdə sülhün təmin olunması üçün Türkiyə də üzərinə düşən addımları atmağa hazırdır./Publika.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki