Avropa İttifaqı ölkələri və İngiltərə Ukrayna sərhədlərinə birbaşa hərbi qüvvə göndərmək variantını ciddi şəkildə müzakirəyə başlayıb. Fransa və İngiltərə bu təşəbbüslərə öncüllük etsə də, Almaniya və digər AB ölkələri arasında mövzu ilə bağlı fikir ayrılığı müşahidə olunur.
Referans Media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron parlamentdəki qapalı görüşlərdə mümkün bir ateşkəsdən sonra Ukraynaya “bir neçə minlik” fransız əsgərinin göndərilməsini dəstəklədiyini bildirib. İngiltərə isə Ukraynaya hərbi qüvvə göndərilməsi üçün 200 milyon funt sterlinqlik büdcə ayıraraq, çoxmillətli bir gücə rəhbərlik hazırlığı apardığını açıqlayıb.
Almaniya Kansleri Fridrix Merz isə Rusiyanın razılığı olmadan Ukraynaya hərbi qüvvə göndərilməsinin mümkün olmadığını vurğulayıb. Polşa, Litva, Latviya və Estoniya kimi ölkələr isə Ukraynaya hərbi varlıq göndərilməsini daha açıq şəkildə müdafiə edir. AB daxilində bu addımların NATO çərçivəsində deyil, “Könüllü Koalisya” ilə həyata keçirilməsi də müzakirə olunur.
Moskva isə açıq şəkildə xəbərdarlıq edib. Kremlin sözçüsü Dmitri Peskov, NATO və ya AB hərbi birləşmələrinin Ukrayna torpaqlarına yerləşdirilməsinin “birbaşa münaqişə” yaradacağını bildirib. Rusiya Müdafiə Nazirliyi isə Avropa ordularının sahəyə daxil olması halında “önleyici və genişləndirilmiş cavab” strategiyalarının tətbiq olunacağını açıqlayıb.
Ukrayna savaşı fonunda Avropa ölkələri hərbi xərclərini rekord səviyyəyə çatdırıb. Almaniya 2025-ci il büdcəsində müdafiəyə 90 milyard avro ayırıb, Fransa 2024–2030 illərini əhatə edən planında müdafiə büdcəsini 413 milyard avroya çıxarmağı hədəfləyir. Polşa isə ÜDM-in 4%-dən çoxunu müdafiəyə yönəldərək NATO daxilində ən yüksək səviyyələrdən birinə nail olub. AB səviyyəsində isə Avropa Müdafiə Fondu və ortaq hərbi texnika istehsal proqramları sürətləndirilir.
Ekspertlər hesab edir ki, bu addımlar Avropanın yalnız Ukraynaya dəstək deyil, uzunmüddətli hərbi hazırlıq mərhələsinə qədəm qoyduğunu göstərir və mümkün NATO-Rusiya qarşıdurması riskini artırır.























