image-kabine-yarin-toplaniyor_1745756679_3dyrbqbackend

Nazirlər Kabinetin TOPLANIR – Gündəm İstanbul zəlzələsidir

Aprelin 15-də son iclasını keçirən Nazirlər Kabineti bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə yığışır.

Referans xəbər verir ki, Nazirlər Kabinetində diqqət çəkən əsas mövzu İstanbul zəlzələsi və mümkün böyük zəlzələyə hazırlıq olacaq. Beştəpədə keçiriləcək iclasda İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra görülən işlər və ola biləcək böyük zəlzələ üçün hazırlıq planları müzakirə olunacaq.

Zəlzələdən sonra İstanbulda araşdırma aparan nazirlərin iclasda təqdimatlarla çıxış edəcəyi gözlənilir.

İclasda sosial mənzil kampaniyası ilə bağlı təfərrüatlar da müzakirə olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki