“Neftçi”yə 2 qol vurdu, müqavilə masasına əyləşdi – 3000 dollar alacaqbackend

“Neftçi”yə 2 qol vurdu, müqavilə masasına əyləşdi – 3000 dollar alacaq

  “Şəfa” I Liqada debüt mövsümünə legionerlə başlayacaq.

Paytaxt təmsilçisi Amir Ebrahimzadehlə anlaşıb.

21 yaşlı mərkəz hücumçusu ilə 1 illik müqavilə imzalanıb.

“Traktor”un yetirməsi olan Ebrahimzade əsas komandada da çıxış edib. Onun son klubu “Aluminium Arak” olub.

İranın U-16, U-19, U-20 və U-23 yığmasında forma geyinmiş forvard bir həftə ərzində baxışdan keçib. Arazın o tayından gəlmiş ön xətt oyunçusu “Neftçi-2“ ilə yoxlama görüşündə göstərdiyi performansla bəyənilib  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki