Novruz və Ramazan bayramları Azərbaycandan kənarda yaşayıb işləyən həmvətənlərimiz tərəfindən həmişə olduğu kimi bu dəfə də qeyd edilir. Belə tədbirlərdən biri Ukraynanın Odessa vilayətində keçirilib.
Referans Media xəbər verir ki, hər il Azərbaycan və Ukrayna üçün əlamətdar günlərdə “Birlik” Ukraynada Yaşayan Azərbaycanlıların Diaspor Cəmiyyəti yığıncaqlar, bayram aksiyaları ilə yadda qalır. Bu dəfə də “Birlik” Cəmiyyətinin sədri Cəlil Astanovun təşəbbüsü Novruz və Ramazan bayramları münasibətilə soydaşlarımız və ukraynalılar, eləcə də bir çox ölkənin nümayəndələri bir araya gəldilər.
Tədbirdə 200-ə yaxın adam iştirak edib. Onların içində yerli məmurlar, hakimiyyət nümayəndələri, ictimai və dövlət xadimləri də olub. Türkiyənin Odessadakı konsulunun bayrama təşrif buyurması da əhvalı daha da yüksəldib. Ukrayna indi tarixinin ən ağır dövrünü yaşamasına baxmayaraq vətəndaşlarının hər bir təşəbbüsünə dəstək olur.
O cümlədən də Azərbaycanlılar üçün də bu cür şərait yaradılıb. Cəlil Astanov kimi millətinin övladlarına dayaq olan insanlar da bu imkan ən yaxşı şəkildə faydalana bilirlər. Xeyriyyəçi, diaspor sədri Cəlil müəllim artıq illərdi Ukraynada yaşayıb çalışır.
Odessadakı soydaşlarımızı ətrafına toplayaraq diasporumuzu təşkil edib uğurlu fəaliyyəti ilə nümunə olur. Odessa və Ukraynanın digər regionlarında yaşayan azərbaycanlılara, həmçinin sadə ukraynalılara hər bayramda bayram hədiyyələri, sovqat da çatdırır, ehtiyacı olanlara kömək əlini uzadır.
Heç vaxt tarixi vətəni Azərbaycanla əlaqəyə ara vermir. İllər ötdükcə Azərbaycan-Ukrayna münasibətlərinin, dostluğunun dayaqlarından birinə çevrilən Cəlil Astanova çətin, amma şərəfli missiyasında müvəffəqiyyət arzu edirik.
