Axşam saatlarında Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Referans Media xəbər verir ki, “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Qəza yerini polis əməkdaşları nəzarətə götürüb, hüquq-mühafizə orqanlarının nümayəndələri təhqiqat aparır.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır./publika.az
