image-chrp1waxgwriqckehhvfntsugkiw6fwkccyn3m60_1200backend

Ölkə ikincisi Aylin uğurun sirrini açıqladı

Dövlət İmtahan Mərkəzi martın 9-da ölkə üzrə keçirilimiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Buraxılış imtahanında ölkə üzrə üç nəfər mümkün olan ən yüksək nəticəni göstərib. Region şagirdləri arasında da yüksək nəticə göstərənlər var.

Referans Media xəbər verir ki, “Trend” Şəki-Zaqatala regionu üzrə ən yüksək nəticə göstərmiş Aylin Rəhimlinin imtahanla bağlı təəssüratlarını öyrənib.

Aylin Rəhimli Qəbələ şəhər V.Qəhrəmanov adına 1 saylı tam orta məktəbin şagirdidir. O, 298 ballıq nəticə ilə ölkə ikincisi olub.

Onun sözlərinə görə, imtahan çətin keçməyib:

“Yeganə problem düşündürücü suallar idi ki, bu da xeyli vaxt aparırdı. Əslində, hədəfim 300 bal idi, lakin dediyim kimi vaxt məhdudiyyəti səbəbindən çox düşünməyə vaxtım olmadı. Amma təbii ki, yüksək nəticə gözləyirdim”.

Aylin Rəhimli bildirib ki, 3-cü ixtisas qrupu üzrə hazırlaşır və Dövlət İdarəçilik Akademiyasında hüquq ixtisası üzrə təhsil almağı planlaşdırır.

Aylin qarşıdakı qəbul imtahanında da yüksək nəticə əldə etmək üçün çalışdığını deyir. O, fənnlər üzrə sualların çətinlik dərəcəsi haqqında da fikrini bölüşüb:

“Deyə bilərəm ki, İngilis dili normal idi, Azərbaycan dilində düşündürücü suallar olsa da, həddindən artıq çətin olduğunu deməzdim, riyaziyyatda da açıq suallar düşündürücü idi, digərləri isə rahat olub”.

“Ölkə ikincisi olmaq mənim üçün qürurdur. İmtahana hazırlaşan uşaqlara tövsiyəm o ola bilər ki, mümkün qədər diqqətlərini dərsə cəmləsinlər, hazırlaşdıqları fənlər üzrə çoxlu sınaqlar işləsinlər və ən önəmlisi isə öz potensiallarına inansınlar”, – Aylin əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki