Ölkəyə 20 şəhid gəldi, məmurun davranışı şok etdi – FOTO

C-130 təyyarəsinin Gürcüstanda qəzaya uğraması səbəbindən Türkiyədə matəm olsa da, bəzi məmurlar bayram əhvali-ruhiyyəsindədir.

Referans.az  xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, ölkənin Sparta rayonunun Eğirdir bələdiyyəsinin sədri Mustafa Özər həmin gün toyda halay oynayıb.

Türkiyəyə 20 şəhid gəldiyi bir vaxtda məmurun əylənməsi ictimaiyyətdə etiraz doğurub.

M.Özər rəqs videosunu sosial şəbəkədə paylaşaraq bunları yazıb:

“Merve və Hamza Kara cütlüyünün toyunda iştirak edib, nikahlarını həyata keçirdik. Onlara bir ömür xoşbəxtlik arzulayıram”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki