“Pəhrizə 130 dollar ödədim, sən demə…” – Aparıcını görün necə aldatdılar backend

“Pəhrizə 130 dollar ödədim, sən demə…” – Aparıcını görün necə aldatdılar 

  ABŞ-da yaşayan keçmiş aparıcı Günel Musəvi dələduzluq hadisəsi ilə üzləşib.

Referans xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

G.Musəvi pəhriz planı almaq məqsədilə məşqçi və arıqlama üzrə məsləhətçi Kamran Rəsulzadəyə 130 dollar ödəyib:

“Kamranla universitetdən tanış idik. Mən arıqlamaq, o isə biznesini qurmaq istəyirdi. Düşündüm ki, bir-birimizi dəstəkləyərik. Dedi ki, həkimlər və diyetoloqlardan ibarət komanda ilə işləyir, hər şey fərdi şəkildə hazırlanır. Pulumu göndərdim, analizlərimi paylaşdım. Amma nəticədə “ChatGPT”dən alınmış qrafik və pəhriz planı verildi. Onun bütün “komandası” sadəcə süni intellekt imiş. Uzun zamandır belə aldanmamışdım. Dərsimi aldım”.

//Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki