image-1761476862_1726653830_peskov_1758547922-900x506-1backend

Peskovdan Zelenskiyə çağırıış: “Sülh bu gün yarana bilər”

Rusiya ilə Ukrayna arasında davam edən müharibənin dayandırılması və sülhün bərqərar olması ilə bağlı Kremldən növbəti diqqətçəkən açıqlama gəlib.

 

Referans Media  bildirir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında sülhün əldə olunması üçün əsas şərti açıqlayıb.

Peskovun sözlərinə görə, Ukraynada hərbi əməliyyatların dayandırılması birbaşa rəsmi Kiyevin qərarından asılıdır. O vurğulayıb ki, Vladimir Zelenski müvafiq iradə nümayiş etdirərsə, sülh prosesi dərhal başlaya bilər:

“Əgər Prezident Zelenski müvafiq qərarı verərsə və məsuliyyəti öz üzərinə götürərsə, bu sülh bu gün yarana bilər. Bu, artıq dəfələrlə tərəfimizdən bildirilib”.

Kreml rəsmisi qeyd edib ki, sülhün yaranması üçün Kiyev mövcud reallıqları qəbul etməli və müvafiq siyasi addımlar atmalıdır. Rusiya tərəfi hesab edir ki, sülhün açarı məhz Ukrayna rəhbərliyinin “məsuliyyətli qərarı”ndadır.

Xatırladaq ki, Rusiya rəsmiləri bundan əvvəl də dəfələrlə sülh danışıqlarına hazır olduqlarını, lakin bunun üçün Kiyevin irəli sürülən şərtləri yerinə yetirməli olduğunu bəyan ediblər./Sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki