Əməkdar artist Lalə Məmmədova fərqli tərzi ilə diqqət çəkib.
Referans Media xəbər verir ki, müğənni sosial media hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb.
L.Məmmədova paylaşımında qırmızı rəngli, dekolte libas seçib. O, görünüşünü uzun qara əlcəklər, kəmər və diqqətçəkən zinət əşyaları ilə tamamlayıb.
Sənətçinin saç və makiyajı da obrazına uyğun retro tərzində hazırlanıb. (Axşam.az)




