Türkiyənin Adana vilayətinin Ceyhan rayonunda meşəlik ərazidə parçalanmış kişi meyiti aşkarlanıb.
Referans Media xəbər verir ki , hadisə Adatəpə məhəlləsi yaxınlığında baş verib. Əraziyə yayılan kəskin qoxudan şübhələnən sakinlər ətrafı yoxlayarkən meyitlə qarşılaşıb və dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Hadisə yerinə jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin araşdırma zamanı şəxsiyyəti hələ müəyyənləşdirilməyən meyitin təxminən bir aydır həmin ərazidə qaldığı ehtimal olunur.
Parçalanmış vəziyyətdə tapılan meyitlə bağlı ərazi mühasirəyə alınıb, hadisə yeri üzrə ekspertlər tərəfindən geniş araşdırma aparılıb.
Prokurorun baxışından sonra meyit ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Adana Məhkəmə Tibb İnstitutu morquna aparılıb.
Faktla bağlı jandarma tərəfindən genişmiqyaslı istintaq başladılıb.
