image-unlulere-yonelik-uyusturucu-sorusturmasinda-19725973_9472_ampbackend

Polis əməliyyatı şou-biznesi qarışdırdı: Kimlər azad edildi, kimlər məhkəməyə göndərildi?

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı ilə bağlı yeni məlumat açıqlanıb. İstintaq çərçivəsində saxlanılan bəzi tanınmış şəxslərlə bağlı qərarlar qəbul edilib.

Referans Media xəbər verir ki, məşhur müğənnilər Simge Sağın, Melek Mosso və DJ İlkay Şencan polis bölməsində aparılan prosedurlar başa çatdıqdan sonra məhkəməyə göndəriliblər.

İstintaq çərçivəsində saxlanılan digər məşhurlar – aktyor İbrahim Çelikkol, müğənni Mustafa Ceceli, Deha Bilimlier, Ersay Üner, Aslı Sipahi və Bengü isə polis bölməsində ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatlarda bu şəxslərin narkotiklə bağlı aparılan istintaq çərçivəsində saxlanıldıqları bildirilmişdi. Onların polis bölməsindəki ilkin prosedurlardan sonra tibbi yoxlama üçün məhkəmə-tibbi ekspertiza qurumuna göndərildiyi də qeyd olunmuşdu.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir və istintaqın nəticələri ictimaiyyət üçün böyük maraq doğurur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki