Rusiya ordusunun Ukraynaya növbəti hava zərbələri fonunda Polşa hərbi aviasiyasını havaya qaldırıb.
Referans Media xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının yaydığı məlumata görə, Rusiya Ukraynanın mərkəzi hissəsindəki hədəflərə hava hücum vasitələri ilə zərbələr endirib.
“Rusiyanın hava hücum vasitələrindən istifadə etməklə Ukraynanın mərkəzi hissəsindəki hədəflərə növbəti zərbələri ilə əlaqədar Polşa hava məkanında preventiv tədbirlər görülür”, – deyə məlumatda qeyd olunub.
Komandanlıq vurğulayıb ki, Polşa tərəfinin fəaliyyəti preventiv xarakter daşıyır və ölkənin, xüsusilə də şərq bölgələrinin hava məkanının təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
Bu arada sosial şəbəkələrdə Rusiya istehsalı olduğu bildirilən pilotsuz uçuş aparatının Polşa-Ukrayna sərhədi yaxınlığında uçması görüntülənib./Globalinfo.az
