Prezident Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib backend

Prezident Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşıladılar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki