Prezidentdən Ermənistana açıq mesaj: “Ertəsi gün müqaviləni imzalaya bilərik” – VİDEO

“Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistan konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik”.

Referans Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısının bildirdiyinə görə, buna baxmayaraq, o hesab edir ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə olunub.

“Vaşinqton zirvə görüşündəki razılaşmalar, imzalanmış birgə bəyanat və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Bunun formal tərəfi Ermənistandan asılıdır. Nə qədər tez konstitusiya dəyişikliyi edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası ordan çıxarılarsa, o qədər də tez sülh müqaviləsi imzalanacaq”, – İlham Əliyev qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki